Bakı. Trend:
25, 27, 28, 29 və 30 iyun 2025-ci il tarixlərində 1601, 1602,1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyətimtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçünapellyasiya komissiyası təşkil ediləcək.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, apellyasiya komissiyası 2 iyul 2025-ci iltarixində saat 09:00-dan 14:00-dək Bakı şəhəri 167 nömrəli tam ortaməktəbdə (Yasamal rayonu, Şərifzadə küçəsi, 152) fəaliyyətgöstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlərşəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsiilə birlikdə 2 iyul tarixində qeyd olunan binaya yaxınlaşıb ərizəyazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerindəbaxılacaq.