ain.az bildirir, Yeniavaz portalına istinadən.
İran-İsrail müharibəsinin 12 günü ərzində İsrailin endirdiyi zərbələr nəticəsində İranda ən azı 935 nəfər ölüb.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin nümayəndəsi İshaq Cahangir məlumat yayıb.
“Son məhkəmə-tibbi ekspertiza məlumatlarına əsasən, İsrailin ölkəmizə qarşı 12 günlük müharibəsi zamanı 935 nəfərin öldüyü təsdiqlənib. Onlardan 38-i uşaq və 132-si (bəziləri hamilə olmaqla) qadın olub”, - məhkəmə hakimiyyətinin nümayəndəsi qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.