EN

“Sabah”ın rəqibi “Everton”dan ayrılan oyunçu ilə anlaşdı

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Sloveniya klubu qapıçı Jan-Lyuk Lebanı heyətinə qatıb. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Qolkiper son olaraq  “Everton”da çıxış edib.

“Sabah”la “Selye” arasında ilk görüş iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.

Chosen
7
50
idmanxeber.az

10Sources