“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye” heyətinə yeni futbolçu qatıb.
İdmanxeber.az-ın məlumatına görə, Sloveniya klubu qapıçı Jan-Lyuk Lebanı heyətinə qatıb. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Qolkiper son olaraq “Everton”da çıxış edib.
“Sabah”la “Selye” arasında ilk görüş iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.