EN

Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək

Bakı. Trend:

2 iyul tarixində Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracınvə İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadiƏməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və SənayePalataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznesforumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, tədbir AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfəkeçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq.

Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar vəticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığıngücləndirilməsi və dayanıqlı iqtisadi inkişafındəstəklənməsidir.

Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm,nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyininşaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirəolunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G) “biznes-biznes”(B2B) formatlarında görüşlər təşkil ediləcək.

Chosen
19
37
az.trend.az

10Sources