Azərbaycanın "Gəncə" voleybol klubunda yeni baş məşqçi təyinatı baş tutub.
Operativ Media xəbər verir ki, komandaya braziliyalı mütəxəssis Rafael Petri başçılıq edəcək. 44 yaşlı çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
Petri əvvəllər Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiya kimi ölkələrdə çalışıb.