Hurriyyet.az xəbər verir ki, İranda İsraillə 12 günlük müharibə dövründə edilən hücumlar nəticəsində azı 935 nəfərin həlak olduğu bildirilir. Bu barədə İran ədliyyəsinin təmsilçisi İshaq Cahangir məlumat verib.
IRNA agentliyinin məlumatına görə, məmur deyib: "Son məhkəmə-tibb məlumatına görə, sionist rejimin ölkəmizə qarşı 12 günlük müharibəsi dövründə 935 nəfərin həlak olduğu təsdiqlənib. Onlardn 38 nəfəri uşaqdır, 132 nəfəri qadındır. Həlak olmuş qadınların bir qismi hamilə olub".
Hürr Tərcüman