"Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın Azərbaycan Milli Elmlər Akademiyası üzrə hissəsinə Respublika Seysmoloji Xidmət Mərkəzi əlavə edilib.