Dünya bazarlarında Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0,84 ABŞ dolları və ya 1,15% azalaraq 72,01 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,85 ABŞ dolları təşkil edib.