EN

"Sputnik Azərbaycan"da saxlanılan şəxslər binadan çıxarıldı

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılır.

FED.az xəbər verir ki, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılır.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub. (Report)

Chosen
13
24
fed.az

10Sources