Qazaxıstan ictimai yerlərdə niqab taxmağı qadağan edib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb.
Demokrat.az xəbər verir ki, bu barədə respublika başçısının nümayəndəliyi məlumat yayıb. Qanunla xidməti vəzifələrin yerinə yetirilməsi, tibbi məqsədlər üçün istisnalar nəzərdə tutulub.