Bakı. Trend:
İyunun 30-da Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi“Məzun Günü” qeyd olunub. Tədbirdə tanınmış ictimai-siyasixadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmiqonaqlar iştirak ediblər.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, tədbir DövlətHimninin səsləndirilməsi ilə açıq elan olunub.
Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrikedərək bu günün onların həyatında unudulmaz bir tarix kimiqalacağını bildirib.
Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsiliningücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. Ovurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətsiyasətinin prioritet istiqamətlərindəndir:
“Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması vəinkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusununinşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı iləbağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibbi elmvə təhsilə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir.”
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sonillərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi vətibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddinailiyyətlər əldə olunub. Birinci vitse-prezident MehribanƏliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı isə busahəyə verilən dəyərin təzahürüdür.
Sonda Teymur Musayev məzunlara müraciət edərək bildirib:
“Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizəarxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyətgöstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram.Bir həmkar kimi aramıza xoş gəldiniz!”
ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərəkməzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlarauniversitet adını daim uca tutmağı tövsiyə edib.
Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrinstatistikası açıqlanıb. Bildirilib ki, bu il 1235 tələbə ATU-danməzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəriisə əcnəbidir. Məzunlar aşağıdakı ixtisaslar üzrə təhsilalıblar:
I Müalicə-profilaktika fakültəsi – 356 nəfər
II Müalicə-profilaktika fakültəsi – 310 nəfər
“Tibbi profilaktika” – 40 nəfər
“İctimai səhiyyə” – 61 nəfər
“Fizioterapiya və tibbi reabilitasiya” – 34 nəfər
“Tibb bacısı işi” – 32 nəfər
“Stomatologiya” – 250 nəfər
“Əczaçılıq” – 95 nəfər
“Hərbi həkim” – 48 nəfər
“Hərbi feldşer” – 45 nəfər
İlk dəfə məzun verən “Hərbi stomatologiya” ixtisası – 9 nəfər
Hazırda ATU-da Azərbaycanın milli kadrları ilə yanaşı, Türkiyə,Pakistan, Qazaxıstan, Gürcüstan və digər 45 ölkədən çoxsaylıtələbələr təhsil alır.
Tədbirdə çıxış edən professor-müəllim heyəti və valideynlər gənchəkimləri təbrik edərək onların bu şərəfli adı ləyaqətlədaşıyacaqlarına əminliklərini ifadə ediblər.
Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içərək əhalininsağlamlığının keşiyində duracaqlarına söz veriblər. Fərqlənmədiplomları Səhiyyə naziri Teymur Musayev və rektor GərayGəraybəylinin təqdimatında sahiblərinə təqdim olunub.
Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsertproqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmışifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin hərbifakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirəxüsusi rəng qatıb.