EN

Rusiya Azərbaycanı itirəcək



Türkiyə Cənubi Qafqaza artıq daxil olub.Bu həmçinin ABŞ-ın Cənubi Qafqazala bağlı geosiyasi maraqları çərçivəsində həyata keçirilir.Paşinyanın Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında əldə olunan razılaşmalar, hansı ki bu razılaşmalar Ermənistanı gələcəkdə Rusiyanın asılılığından qurtaracaq möhtəşəm planlar üzərində həyata keçirilir və sözsüz ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində aparılan danışırlar prosesi ətrafında, çalışan komissiyanın səmərəli sonluğa yaxınlaşması, əlbətdə Rusiyanı ciddi narahat etməyə bilməz. Rusiyanın Azərbaycana qarşı son vaxtlar etdiklərinin, hamısının arxasında Azərbaycana qarşı təzyiq mexanizmi cəhdləri dayanır və hesab edirəm ki, Rusiya bu əməlləri ilə artıq Azərbaycanı itirəcək kimi görünür.Rusiya həmçinin Ermənistanda öz siyasi qüvvələrini mövcud hakimiyyətin yürütdüyü siyasətdən dolayı hərəkətə gətirib və Ermənistan baş naziri Paşinyanın bu qüvvələrə qarşı asanlıqla qalib gəlməsi, deməyə əsas verir ki, Rusiya özünün arxa baxçası hesab etdiyi Ermənistanda belə çox zəif durumdadır.Azərbaycan hökumətinin Rusiyaya qarşı soyuqqanlı və təmkinli siyasəti və bu siyasətin fonunda atılan addımlar Rusiya üçün nəinki Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxaracaq, hətta, Cənubi Qafqazda Rusiyanın mövcudluğu sual altına düşəcək. Rusiyanın Cənubi Qafqazda yerini sürətlə təslim alan Türkiyə, bir tək Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etməklə işini bitirmiş hesab etməyəcək.Bu sabitlik və inkişaf, Cənubi Qafqaz da daxil, Yaxın Şərqdən Orta Asiya olkələrinə kimi uzanıb gedən bir siyasətin tərkib hissəsidir və bunun davamı daha da parlaqdır.

Çingiz Şahbazi, siyasi ekspert
Chosen
18
38
newscenter.az

10Sources