AZ

Ermənistanda Rusiya TV lərinin yayımı dayandırıla bilər

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda Rusiya telekanallarının yayımının dayandırıla bilər.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu parlamentinin spikeri Alen Simonyan deyib:

"Çox ciddi şəkildə Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsinin müzakirəsinə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir". Sezar pizza

Simonyan Ermənistanda baş verənlərlə bağlı Rusiya telekanallarında səslənən fikirləri şərh edib. Onun sözlərinə görə, “əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verirlərsə, o zaman İrəvan da reaksiya verməli və ən azı onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq”.

Bundan əvvəl İrəvan Moskvaya nota göndərərək Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Rusiya KİV-lərində verilən bəyanatları, o cümlədən siyasətçilərin və qanunvericilərin bəyanatlarını təkcə Ermənistanla Rusiya arasında ənənəvi dostluğa, “o cümlədən bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidd deyil, həm də Ermənistanın daxili işlərinə birbaşa açıq müdaxilə, bizim dövlətimizə qarşı qəsd hesab edir”.

İrəvanda Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. Məhkəmə iki aylıq həbs-qətimkan tədbiri seçib. Ermənistanın baş naziri Nikol Paşinyan Karapetyana məxsus “Ermənistanın elektrik şəbəkələri” şirkətinin milliləşdiriləcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
50
yenisabah.az

10Mənbələr