AZ

Ermənistanın keçmiş baş naziri rusiyapərəst oliqarxın müdafiəsinə qalxdı

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan hazırda istintaq altında olan tanınmış oliqarx və iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, verdiyi yazılı bəyanatda Karapetyana qarşı irəli sürülən ittihamları ədalətsiz və qeyri-insani adlandırıb.

Karapetyanın sözlərinə görə, Samvel Karapetyan erməni diasporasında nüfuzlu bir fiqurdur, həm maddi, həm də mənəvi dəstək baxımından mühüm rol oynayıb.

Onun sözlərinə əsasən, bu cür şəxsə qarşı aparılan cinayət işi cəmiyyətdə süni gərginlik yaradır və hüquqi baxımdan da şübhəlidir.

Qeyd edək ki, Samvel Karapetyan Rusiya ilə sıx əlaqələri olan, Ermənistandakı əsas enerji və infrastruktur sahələrində maraqları olan milyarder hesab olunur.

Musavat.com

Seçilən
4
18
musavat.com

10Mənbələr