Yay təlim-məşq toplanışını davam etdirən "Qarabağ" ilk yoxlama oyununa çıxıb.
Operativ Media xəbər verir ki, "Azərsun Arena"da keçirilən matçda Ağdam təmsilçisi "Zirə"ni qəbul edib.
Matç Qurban Qurbanovun yetirmələrinin 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.