"Baku Sportinq" klubu AFFA və PFL-ə rəsmi müraciət ünvanlayıb.
Operativ Media xəbər verir ki, klub bildirib ki, 2024/25 mövsümündən etibarən futbol üzrə Birinci Liqadakı ev oyunlarını Buzovnadakı "Baku Sporting Arena"da keçirəcək.
Eyni zamanda, klub rəhbərliyi vurğulayıb ki, 2025/26 mövsümündən etibarən "Baku Sportinq" rəsmi olaraq Buzovna qəsəbəsini təmsil edəcək. Bu səbəbdən AFFA və PFL-dən xahiş olunub ki, bundan sonra bütün rəsmi məlumatlarda klubun Buzovna təmsilçisi kimi qeyd olunmasına diqqət yetirilsin.