"Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir. "Sputnik Azərbaycan"da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiası və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir. Çox ciddi hadisədir".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O bildirib ki, bu hadisəni, xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirmək doğru olmazdı.
"Bu, hÉ™m dÉ™ hibrid savaÅŸ alÉ™ti kimi istifadÉ™ edilÉ™n informasiya kanallarına qarşı yönÉ™lmiÅŸ strateji bir cavab addımı kimi görünür. Ehtimal olunur ki, hÉ™min ÅŸÉ™xslÉ™r AzÉ™rbaycanda ictimai rÉ™yÉ™ tÉ™sir göstÉ™rmÉ™k, siyasi proseslÉ™rÉ™ yön vermÉ™k vÉ™ ya daxili sabitliyi pozmaq mÉ™qsÉ™dilÉ™ informasiya É™mÉ™liyyatları hÉ™yata keçirmÉ™k üzrÉ™ tÉ™limatlandırılıblar. Bu hÉ™m dÉ™ beynÉ™lxalq ictimaiyyÉ™tÉ™ yönÉ™lik bir mesajdır ki, xarici ölkÉ™nin kəşfiyyatına qarşı addımlar atılıb", - deyÉ™ O.Gündüz qeyd edib.Â
Onun sözlərinə görə, hadisə, həmçinin, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin hədsiz yüksək olmasını göstərir:
"Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlayıb. Görünən odur ki, təyyarəmizin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarımıza qarşı aparılan qətllərdən və zorakalıqlardan sonra Rusiya Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub. Düşünürəm ki, Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətindəki addımları təqdirəlayiqdir".