EN

Hərbi prokuror bayram günləri sərhədlərdə

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Aznews.az-a bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışıblar.

Chosen
9
41
aznews.az

8Sources