Cənubi Amerikanın ucqar bir hissəsində Palaspata kimi tanınan tarixi tikili aşkar edilib.
SİA-nın məlumatına görə, “The Sun” xəbər verir ki, onun Tiuanaku sivilizasiyası tərəfindən tikildiyi güman edilir.Qeyd olunur ki, Palaspata Boliviyanın qərb hissəsində, Titikaka gölünün yaxınlığındakı silsilənin zirvəsində yerləşir. Bu məbəd sənətkarlığın təsirli nümunəsidir. Elm adamları uzun illər Palaspata tapa bilmədilər.
Onlar ərazini yalnız peyk şəkillərində qeyri-adi formaları görəndə kəşf ediblər. Nəşr dronların çəkdiyi 3D görüntülərin köməyi ilə qədim obyektin varlığını təsdiqləməyin mümkün olduğunu paylaşıb.
Tədqiqatçılar onun Tiuanaku sivilizasiyası haqqında əsas məlumat verdiyinə inanırlar.
Alimlər bilirlər ki, bu qədim cəmiyyət təxminən eramızın 400-1000-ci illərində mövcud olmuş güclü And sivilizasiyası idi. Tədqiqatçılar əmindirlər ki, Tivanaku sakinləri yüksək mütəşəkkil sosial quruluşun bir hissəsi olublar.
Nazlı Almuradova