EN

KİV: Avropa ABŞ ilə 10% tariflərlə ticarət müqaviləsi imzalamağa hazırdır

Avropa İttifaqı Birləşmiş Ştatlarla Avropa mallarının əksəriyyətinə 10% tarifləri daxil edən ticarət sazişini qəbul etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Eyni zamanda, Brüssel Vaşinqtondan Aİ-nin ABŞ-la ticarətinin əsas sektorlarında, xüsusən də əczaçılıq, spirt, yarımkeçiricilər və kommersiya aviasiyası sahələrində tarifləri azaltmasını istəyir.

Bundan əlavə, Avropa İttifaqı Amerika hakimiyyətini avtomobillərə və onların ehtiyat hissələrinə, həmçinin polad və alüminiuma görə rüsumları azaltmağa inandırmağa çalışır. Avropa Komissiyası hesab edir ki, hazırda müzakirə olunan ticarət sazişi ABŞ üçün bir qədər daha əlverişlidir, lakin onun şərtləri Aİ üçün məqbuldur.

ABŞ prezidenti Donald Tramp əvvəlcə Aİ ilə ticarət danışıqlarının mürəkkəbliyi səbəbindən iyunun 1-dən etibarən Aİ-dən idxala 50% rüsum tətbiq etməyi planlaşdırdığını bildirib. Eyni zamanda o, Avropa şirkətlərinin öz məhsullarını ABŞ-da istehsal edəcəyi təqdirdə heç bir rüsum ödəməli olmayacağını xatırladıb.

Prezidentin sözlərinə görə, Aİ-nin yaradılmasının əsas məqsədlərindən biri ticarətdə ABŞ-dan üstünlük əldə etmək olub. Bununla belə, mayın 26-da Tramp Aİ ölkələrindən idxala 50 faizlik ticarət tariflərinin tətbiqini iyunun 1-dən iyulun 9-dək təxirə salmağa razı olduğunu açıqlayıb.

Chosen
15
6
report.az

10Sources