"Qarabağ" heyətini əcnəbi futbolçuyla gücləndirə bilər.
"Football-plus.az" "AfricaFoot"a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Abubakar Konteni transfer etmək niyyətindədi.
"Köhlən atlar "Dila"nın (Qori, Gürcüstan) formasının geyən malili yarımmüdafiəçinin keçidini təmin etmək üçün ilkin addımlar atıb. İş ondadı ki, onunla "Araz-Naxçıvan" və "Tromsö" (Norveç) klubları da maraqlanır.
Adıçəkilən nəşrin iddiasına görə, futbolçu məhz Azərbaycandan gələn təkliflərdən birini dəyərləndirmək istəyir.
"Transfermarkt"a görə, Kontenin bazar dəyəri 450 min avrodu.