EN

Avropa klubu ilə vidalaşan millimizin hücumçusundan paylaşım - FOTO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşada “Radomyak” ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

26 yaşlı hücumçu bu ilin əvvəlində transfer olunduğu “Radomyak”a təşəkkür edib və klub üçün ən yaxşısını arzulayıb.

Renat Dadaşov “Radomyak”a “Ankaragücü”dən keçmişdi. Klubla Renat arasında mövsümün sonuna kimi imzalanan müqavilədə onun bir il müddətinə uzadılması maddəsi olsa da, futbolçu komandada qalmaq istəməyib.

Chosen
24
49
sportinfo.az

10Sources