EN

Əfqanıstan nümayəndə heyəti BMT iclaslarında iştirak etmək üçün Qətərə gəlib

Əfqanıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Hafiz Ziya Əhməd bildirib ki, Əfqanıstan hökumətinin Taliban hərəkatının yaratdığı nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstanda narkotiklərlə mübarizə və özəl sektorun inkişafına həsr olunmuş işçi qruplarının iclaslarında iştirak etmək üçün Qətərin paytaxtına gəlib...

Poliqon nu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Əfqanıstan Mərkəzi Bankının nümayəndələri daxil idi. Əhmədin sözlərinə görə, Əfqanıstan rəsmiləri ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və ona nəzarət, narkomaniyanın müalicəsi, özəl sektorda əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün BMT-nin təşəbbüsü ilə Əfqanıstan üzrə danışıqlar prosesində iştirak edən ölkələrin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Bundan əvvəl Əfqanıstan Rusiyaya böyük birgə layihələrdə iştirak təklif edirdi.

Poliqon.info 

Chosen
21
21
poliqon.info

10Sources