Azərbaycan hökumətinin dəvəti ilə Əfqanıstan Baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə yola düşüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının 3-4 iyul tarixlərində Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.
Sammit çərçivəsində Əfqanıstanın Baş nazirinin müavini bir sıra ölkələrin nümayəndələri ilə, eyni zamanda, Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.