EN

Yeməkdən sonra dənizdə çimmək olarmı? Ekspertdən mifləri dağıdan açıqlama

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Yemək yedikdən sonra dənizdə çimmək nə boğulma, nə də həzm problemləri riski yaradır".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Kaliforniya Universitetinin (ABŞ) təcili yardım üzrə professoru Maykl Levin "Maxima" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu haqda yayılan populyar inanc elmi cəhətdən təsdiqlənməyib.

"Guya yeməkdən sonra qan mədə-bağırsaq sisteminə yönəlir, əzələlərə isə az oksigen gedir və bu, suda ikən qıcolmalara, hətta boğulmaya səbəb ola bilər. Bundan başqa, dolu mədədə fiziki aktivlik ürəkbulanma və qusma yarada bilər. Halbuki, qida qəbulundan sonra qan dövranındakı dəyişiklik çox cüzi olur və qıcolma riski yaratmır. Su içində ortaintensivlikli hərəkətlərdə qusma və ya ürəkbulanma ehtimalı da olduqca azdır", - deyə o izah edib.

Professor qeyd edir ki, bu mövzuda elmi araşdırmalar hələ 1960-cı illərdə aparılıb və nəticələr göstərib ki, yemək idmançıların fiziki davamlılığına belə təsir etmir.

Yəni, elmi baxımdan yeməkdən sonra çimmək tamamilə təhlükəsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
oxu.az

1Sources