BAKI. 1 iyul. TELEQRAF
Dünya Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 pillə irəliləyib.
Hazırda 2746 xala malik 40 yaşlı qrossmeyster 11-ci pillədə qərarlaşıb.
2692 xalı olan Teymur Rəcəbov 1 pillə geriləyib. O, 38-cidir.
3 pillə irəliləyən Rauf Məmmədov 2659 xalla 65-ci, "100-lüy"ə daxil olan Eltac Səfərli 2630 xalla 100-cüdür.