Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.
Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub.
Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.
Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir.
Burada çinli Yifan Hou (2633) liderdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.