Xəbər veridliyi kimi Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların cənazəsi ötən gün doğulduqları Ağcabədi rayonuna gətirilib
Qardaşların cənazəsi ailələrinin yaşadığı evə aparılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda Rusyada qətlə yetirilən Səfərov qardaşlarının vida mərasimi keçirilir.
Daha sonra onlar valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Bizim.Media