EN

Trampa kim mane olur? | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ-nin Səhiyyə naziri Robert Kennedi məşhur teleaparıcı-jurnalist Taker Karlsona müsahibəsində belə deyib.

“Demokratlar müharibələrin əleyhinə idilər, lakin Donlad Tramp Ukraynadakı müharibənin əleyhinə çıxış edən kimi onlar müharibə partiyasına çevrildilər”,- nazir vurğulayıb.

Tramp: “Vaxtı çatıb”| VİDEO
Xatırladaq ki, ötən həftəNATO-nun Haaqadakeçirilən sammitində məhz ABŞ prezidenti Donlad Trampı qıcıqlandırmamaq üçün yekun bəyannamədə anti-Rusiya ritorikası yer almadı. Eyni zamanda, əvvəlki zirvə görüşlərindən fərqli olaraq, Ukraynanın Şimali Atlantika Alyansına üzvlük məsələsinin artıq dönməz xarakter aldığı barədə iddialar səsləndirilmədi.

Bununla belə, Vaşinqton az miqdarda olsa da, hələlik Ukraynaya siloah tədarükünü davam etdirir.

Moskvaya münasibətdə ifrat sərt siyasətin tərəfdarlarından biri olan respubliukaçı senator Lindsi Qremin dediyinə görə isə, Donald Tramp Rusiya qarşı ikinci dərtəcəli sanksiyaların təbiq olunmasının vaxtı çatdığını bildirib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
12
2
azvision.az

3Sources