EN

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Chosen
6
27
aznews.az

10Sources