EN

"Bu etdiyiniz cinayət siyasətidir" - Kubalı nazirdən Trampa sərt sözlər


Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla “X” sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampı hədəf alan fikirlər dərc edib. O bildirib ki, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Havana ilə bağlı siyasətinin sərtləşdirilməsinə dair memorandumu bütün Kuba xalqının hüquqlarını pozan cinayət siyasətini nümayiş etdirir. SİTAT: “Bu gün ABŞ hökumətinin Kubaya qarşı açıqladığı prezident memorandumu bütün Kuba xalqın üçün təcavüzü və iqtisadi blokadanı gücləndirir, bizim inkişafımıza əsas maneədir. Bu, bütöv bir xalqın hüquqlarını pozan cinayət siyasətidir”, - deyə o qeyd edib.

Mətləb Salahov

Chosen
19
20
baki-xeber.com

10Sources