EN

Müalicəsi üçün maşınını satan Xalq artisti: "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"

Bir müddət əvvəl səhhətində problem yaşayan Xalq artisti Fatma Mahmudova açıqlaması ilə diqqət çəkib. 

Far.Az xəbər verir ki, o "Rəngarəng" verilşinə qonaq olarkən müalicə xərclərini qarşılamaq üçün bahalı avtomobilini satdığını etiraf edib.

Aktrisa bunu kiməsə möhtac olmamaq üçün etdiyini bildirib:

"Səhhətimə görə maşınmı da satmışam. Həyatdakı hər şey insanın canına qurban olsun. Niyə hər dəqiqə kimdənsə pul istəməliyəm. Kömək etmək istəyən artıq elədi. Çoxları deyir ki, bunun nəyinə Xalq artisti adı veriblər. İndi hər şeyimi itirib gəlmişəm. Aldıqlarımı, maşınımı deyirlər. Nə qədər deyəcəksiniz? Nə istəyirsiniz məndən? Nə vermisiniz ki, ala bilmirsiniz? Kaş heç işləməyəydim. Bilsəydim ki, bu qədər əziyyət çəkəcəyəm, sənətə gəlməzdim".

Xatırladaq ki, Fatma Mahmudova bir müddət əvvəl insult keçirmişdi. O evdə yıxılaraq qolunu sındırmışdı. 

Chosen
15
10
far.az

10Sources