AZ

"Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?" - VİDEO

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova müalicəsi üçün avtomobilini satıb.
 
HİT.az xəbər verir ki, bu barədə aktrisa "Rəngarəng" verilşində danışıb. Sənətçi bu sənətə gəldiyi üçün peşman olduğunu bildirib:
 
"Evdə özümü bir anlıq saxlaya bilmədim və yıxıldım. Qolum çiynimdən qırıldı. Travmatoloqun yanına gedəcəyəm və çiynimə iynə vuracaq. İynədən sonra özümü yaxşı hiss edirəm. Qolumu o qədər də yaxşı hərəkət etdirə bilmirəm. Qolum mənə o qədər əziyyət verdi ki, insulta xəstəliyinə şükür etdim. 
 
Səhhətimə görə maşınmı da satmışam. Həyatdakı hər şey insanın canına qurban olsun. Niyə hər dəqiqə kimdənsə pul istəməliyəm. Kömək etmək istəyən artıq elədi. Çoxları deyir ki, bunun nəyinə Xalq artisti adı veriblər. İndi hər şeyimi itirib gəlmişəm. Aldıqlarımı, maşınımı deyirlər. Nə qədər deyəcəksiniz? Nə istəyirsiniz məndən? Nə vermisiniz ki, ala bilmirsiniz? Kaş heç işləməyəydim. Bilsəydim ki, bu qədər əziyyət çəkəcəyəm, sənətə gəlməzdim".

Seçilən
0
8
hit.az

10Mənbələr