EN

Qətlə yetirilən soydaşlarımızın nəşi üzərində ekspertiza aparılır

Qətlə

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.Hazırda mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir.İyunun 30-da Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə gətirilərək yaxınlarına təhvil verilib. Meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.Ulusum.az

Diqqət Çəkənlər

Rusiya ilə Mədəni İnteqrasiya Dayandırıldı – Bütün Tədbirlər Ləğv Edildi

Sofi Lorenin paltarı, 60 karatlıq üzüklər və İvanka Tramp: Bezosun “əsrin toyu”ndan - FOTO

İşğala Son! Livan İsrailin cənubdan çıxması üçün plan hazırladı

Chosen
1
16
ulusum.az

6Sources