"Yeni mövsüm yavaş-yavaş yaxınlaşır".
Sportinfo.az xəbər verir ki, bunu "Zirə" ilə Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək Xorvatiya "Hayduk"unun futbolçusu Filip Krovinoviçdeyib.
30 yaşlı yarımmüdafiəçi fasilədən yeni qayıtdıqları üçün hazırda Sloveniyada toplanışda olan komandasının çox da məşq keçmədiyini bildirib.
O, yoxlama oyunları vasitəsilə Azərbaycan təmsilçisi ilə qarşılaşmalara hazırlaşacaqlarını söyləyib:
"Ən əsas məsələ odur ki, zədələr olmasın. Sağlamlıq hər şeydən üstündür. Burada hamı sağlamdırsa, biz heç nədən narahat olmamalıyıq".
"Zirə" və "Hayduk" komandaları arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə olacaq.