EN

Rusiya “Türk axını” ilə Avropaya qaz ixracını artırıb

“Türk axını” qaz kəməri ilə Avropaya qaz ixracı 2025-ci ilin birinci yarısında 7% artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vedomosti” Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinə (ENTSOG) istinadən yazır.

Məlumata görə, ixracın həcmi artaraq 8,3 milyard kubmetrə çatıb.

Qeyd olunur ki, 2025-ci ildə Aİ ölkələri yeraltı qaz anbarlarını (QQS) əvvəlki illərlə müqayisədə daha yavaş doldurmağı planlaşdırır.

“Bu fonda  Aİ-də qiymətlər yüksələ bilər ki, bu da Rusiya qazının qiymətini idxalçılar üçün cəlbedici edəcək və ona olan tələbatı daha da dəstəkləyəcək”, - nəşr yazır.

Mina Mikayılova

Chosen
5
37
bakivaxti.az

10Sources