EN

Silah istehsalı Ukraynanın “nefidir” | VİDEO

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışin belə deyib.

“Biz müharibənin aparılması strategiyasını yenidən nəzərdən keçiririk. Bu baxımdan, silah istehsalı bir növ “Ukrayna nefti”nə, əsas strateji aktivə çevrilib. Biz nə qədər ehtiyacımız varsa, o qədər silah istehsal edə bilərik”,- Ukrayna liderinin müşaviri vurğulayıb.

Bundan əvvəl Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful Volodimir Zelenski ilə birgə silah istehsalı sahəsində əməkdaşlığa gedən yoldakı problemləri müzakirə edəcəyini bildirmişdi. Onun sözlərinə görə, buna istək var, lakin hələ də bəzi maneələri –“əməkdaşlığa qarşı bürokratik və sair əngəlləri”dəf etmək lazımdır.

Qeyd edək ki, Volodimir Zelenski may ayında Qərb müttəfiqlərini bu ilin sonuna qədər Ukraynaya təxminən 30 milyard dollar verməyə çağırıb. Onun fikrincə, bu məbləğ yerli silah istehsalını artırmaq və Rusiyanın irəliləyişinin qarşısını almaq üçün zəruridir.


Sahil İsgəndərov
AzVision.az
Chosen
9
23
azvision.az

10Sources