AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə deyib.
“Ukraynanın bu təşkilatlara daxil olması onları istər-istəməz müharibəyə cəlb edəcək. Ukraynanın Aİ-yə üzvlüyü artıq birliyin ərazisində hərbi əməliyyatlara səbəb olacaq”, - Macarıstan hökumətinin başçısıvurğulayıb.
Viktor Orban Aİ-nin Ukraynaya iqtisadi yardımı davam etdirməli oldması ilə razılaşsa da, yaxın gələcəkdə onun birliyə üzvlüyündən söhbət gedə bilməyəcəyinə diqqət çəkib. Onun mövqeyi Ukraynanın Aİ-yə qoşulması barədə Macarıstanda keçirilən referendumun nəticələri ilə üst-üstə düşür. Belə ki, həmun referumda iştirak edən seçicilərin 95%-i bunun əleyhinə çıxıb.
Bununla da, Macarıstan Ukraynanın Avropa və Avroatlantik strukturlara inteqrasiya prosesini əngəlləyib.
Xatırladaq ki, iyunun 26-da Aİ-nin Brüsseldə keçirilən sammitində Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyən birgə bəyanatı bloklayıb. Ukraynanın üzvlük məsələsinin müzakirə olunmadığı NATO sammitində Orban də oxşar mövqe nümayiş etdirib. O, Ukraynanı sərhədləri aydın olmayan və öz təhlükəsizliyini təmin edə bilməyən“qeyri-müəyyən qurum” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta