PKK lideri Abdullah Öcalan yaxın günlərdə yeni bəyanat yaymağa hazırlaşır. Bu mesajdan sonra PKK-nın silahları təslim etmə prosesi rəsmi olaraq başlanacaq.
Publika.az xəbər verir ki, bu barədə terror təşkilatına yaxın mənbələr məlumat verib.
Mənbələrin iddiasına görə, iyulun 3-dən 10-na qədər, 20-30 nəfərlik PKK üzvü İraqın Süleymaniyyə şəhərində təşkil olunacaq rəsmi mərasimdə silahlarını təhvil verəcək. Media nümayəndələrinin də orada iştirak edəcəyi qeyd olunub.