Azərbaycan hökumətinin dəvəti ilə, Əfqanıstan İslam Əmirliyindən olan nümayəndə heyəti Baş nazirin müavini Molla Əbdül Qəni Bəradərin başçılığı ilə, İƏT-nın 3-4 iyul tarixlərində Bakıda keçiriləcək sammitində iştirak etmək üçün Azərbaycana səfərə başlayıb.
APA xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatında xəbərlər dərc olunub.
Sammit çərçivəsində Əfqanıstanın Baş nazirinin müavini bir sıra ölkələrin nümayəndələrindən əlavə, Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.