EN

Putinin əsas hərbi məqsədi BUDUR

Rusiyanın əsas hərbi məqsədi Odessanı tutmaqdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikri “The Financial Times” qəzetinə müsahibəsində adı açıqlanmayan yüksək vəzifəli avropalı məmur deyib.

Məqalənin müəllifi qeyd edib ki, Ukrayna hazırda beynəlxalq arenada öz mövqeyini yaxşılaşdırıb, amma döyüş meydanında vəziyyətin pisləşməsi ilə üz-üzədir: 

“Bu, ukraynalıların döyüş ruhuna əhəmiyyətli dərəcədə xələl gətirir. Eyni zamanda, Kiyevdə hakimiyyətin atəşkəs çağırışlarına münasibətinin dəyişməsində özünü göstərir və bu çağırışlar indi bir il əvvəl olduğu kimi məğlubiyyət deyil, ölkə üçün faydalı hesab olunur”.

Məqalədə daha sonra deyilir: 

"Avropalı siyasətçilər Rusiyanın atəşkəs sazişi bağlamaqda qərarlı olduğuna inanmırlar. Yüksək vəzifəli məmurlardan biri hesab edir ki, Rusiyanın indi əsas məqsədi Prezident Vladimir Putinin tarixən Rusiya şəhəri hesab etdiyi Odessanı ələ keçirməkdir".

Odessa hazırda Ukraynanın ən böyük limanıdır.

Bundan əvvəl “L'AntiDiplomatico” yazırdı ki, Odessanın ələ keçirilməsi simvolik əhəmiyyətinə görə vacibdir.

Chosen
9
50
cebheinfo.az

10Sources