Bakı. Trend:
Son zamanlar Rusiya Federasiyasında müşahidə olunan hadisələr –xüsusilə də miqrantlara və qeyri-rus etnik mənsubiyyətə malikinsanlara qarşı artan ayrıseçkilik, şovinist ritorika və sistemlizorakılıq – ciddi narahatlıq doğurur. Bu proses artıq tək-təkinsidentlər səviyyəsini aşaraq, dövlət siyasəti çalarları daşıyangenişmiqyaslı bir tendensiyaya çevrilməkdədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənovadeyib.
Deputat bildirib ki, Rusiyada etnik azlıqlara qarşı formalaşanmənfi münasibət təkcə daxili siyasət məsələsi deyil, həm də regionüçün ciddi təhlükə mənbəyidir.
“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıqhadisələri, Rusiyanın miqrant siyasətinin artıq açıq diskriminasiyamərhələsinə keçdiyini nümayiş etdirir. Bu cür münasibət CənubiQafqazda sabitliyə və sülh səylərinə də zərbə vurur.
Bu mənada 27 iyun tarixində Yekaterinburqda FederalTəhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ikiazərbaycanlının öldürülməsi, bir neçəsinin isə işgəncələrə məruzqalaraq həbs olunması Rusiyada qeyri-rus millətlərə qarşı həyatakeçirilən təzyiq siyasətinin acı nəticəsidir.
Həmin şəxslərə qarşı tətbiq edilən fiziki zorakılıq və hüquqimexanizmlərdən kənar təzyiqlər bu ölkədə azsaylı xalqlara qarşıayrı-seçkiliyin artıq gizli deyil, açıq şəkildə həyatakeçirildiyini göstərir”.
Deputat vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi fonundamiqrantlar və digər etnik azlıqlar ölkədə “günah keçisi” kimitəqdim olunur: “Bu insanlar bəzən hüquqi əsası olmayanittihamlarla, saxta narkotik işləri ilə şərlənərək, ailələri ilətəhdid olunaraq, döyüş əməliyyatlarına qoşulmağa məcbur edilir.Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinin sonaçıqlamaları da bu qeyri-insani münasibətin və miqyasının dövlətsəviyyəsində etirafına çevrilmişdir.
Milli Məclisin müvafiq komissiyalarının hesabatlarında da qeydolunduğu kimi, Rusiyada fəaliyyət göstərən bəzi dairələr – ocümlədən Kremlin nəzarətində olan media strukturları – Azərbaycanaqarşı planlı informasiya hücumları həyata keçirir. VladimirSolovyov və ona bənzər “media fiqurlar”ın açıq şəkildəanti-Azərbaycan ritorikası nümayiş etdirməsi bu kampaniyanınməqsədli şəkildə aparıldığını sübut edir”.
Deputat əlavə edib ki, Rusiya, bölgədə real tərəfdaşı olanAzərbaycana qarşı bu cür münasibət sərgiləməklə, əslində CənubiQafqazda sülh və sabitliyi təhdid altına atır:
“Bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan Respublikası özmilli maraqlarını, suverenliyini və vətəndaşlarının hüquqlarınıqorumaq üçün bütün hüquqi və diplomatik vasitələrdən istifadəetməkdə qərarlıdır. Rəsmi Bakı Cənubi Qafqazda uzunmüddətli sülh,təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərinqurulması istiqamətində prinsipial siyasətini davametdirəcəkdir”.