EN

Rus məşqçi 11 azyaşlı qıza cinsi zorakılıq edibmiş

Rusiyada seksual hərəkətlərə yol vermiş məşqçi cəzalandırılıb. Belə ki, Xabarovsk vilayətində yetkinlik yaşına çatmayan tələbələrinə təcavüz edən məşqçi artıq həbsxanaya göndərilib. Bu barədə vilayət məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.


Hər şey 2022-2023-cü illər arasında kənd məktəblərində baş verib. İstintaq zamanı müəyyən edilib ki, həmin şəxs döyüş idmanı üzrə məşqçi vəzifə səlahiyyətlərindən istifadə edərək azyaşlı qızlara qarşı cinayətlər törədib. Kişi 7-11 yaş arası 7 tələbəyə qarşı zorakılıq xarakterli seksual hərəkətlər və 12-14 yaşlı 4 qıza qarşı nalayiq hərəkətlər edib.

Tural

Chosen
4
18
news365.az

10Sources