AZ

BMT Ukraynanı hərbi əsirlərin videolarını yaydığına görə tənqid edib

Ukraynada hərbi əsirlərin videolarının geniş yayılması beynəlxalq humanitar hüququ pozur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Hesabat dövründə Ukrayna tərəfindən saxlanılan əsgərlərin şəkillərinin və videolarının dərc edildiyi və sonra ictimaiyyətə, o cümlədən Ukrayna hakimiyyət orqanları tərəfindən və mediada yayılması ilə bağlı çoxsaylı halları sənədləşdirib.

"OHCHR"  əlavə edib ki, beynəlxalq humanitar hüquq hərbi əsirləri hər hansı şəxsi məlumatların açıqlanmasından qoruyur. Ofis bu cür məlumatların əsir düşən əsgərlərin həyatı üçün təhlükə yarada biləcəyini vurğulayıb.

Seçilən
9
36
operativmm.az

10Mənbələr