EN

Avropada dəhşətli istilər var

Vətəninfo.az xəbər verir ki, Avropanın cənubu bu yay ilk böyük istilik dalğasını yaşayır. İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və Fransada temperatur 40°C (104°F) həddini keçərək genişmiqyaslı sağlamlıq xəbərdarlıqlarına və meşə yanğınları riskinin artmasına səbəb olub.

Portuqaliyanın üçdə ikisi iyunun 29-da “yüksək təhlükə vəziyyəti”nə düşüb. Paytaxt Lissabonda temperaturun 42°C-ə çatacağı proqnozlaşdırılıb. Milli meteoroloji xidmət ərazinin böyük hissəsində ekstremal yanğın təhlükəsi barədə xəbərdarlıq edib.

İspaniyanın hava agentliyi “Aemet” çox yüksək temperaturun xüsusilə Sevil şəhərində həssas əhali üçün ciddi təhlükə yaradacağını bildirib. Belə ki, burada temperatur 42°C-ə çatıb.

Səhiyyə rəsmiləri insanlara günəşdən uzaq durmağı, kifayət qədər su içməyi və yaşlılar, eləcə də xroniki xəstəlikləri olan şəxslərə diqqət yetirməyi tövsiyə ediblər.

İtaliyada Səhiyyə Nazirliyi ölkənin 27 böyük şəhərindən 21-ni, o cümlədən Roma, Milan və Neapol üçün “Qırmızı xəbərdarlıq” deyib. Lazio, Toskana və Umbria kimi bir neçə regionda günün ən isti saatlarında açıq havada işlərin dayandırılması tövsiyyə edilib. Siciliya və Liquriyada isə artıq açıq havada işlərə tamamilə qadağa qoyulub. Həmkarlar ittifaqları hökumətə bu tədbirlərin bütün ölkə üzrə genişləndirilməsi üçün çağırış edir.

Fransa da ekstremal temperatur üçün hazırlıqlar görür. Ölkənin 101 rayonundan 84-ü istilik dalğası xəbərdarlığı alıb və temperaturun 40°C-dən yuxarı qalxacağı bildirilir.

Audedə meşə yanğınları bir düşərgə və bir malikanənin təxliyəsinə səbəb olub. Marseldə isə ictimai üzgüçülük hovuzları sakinlərin istiliklə mübarizə aparmasına kömək etmək üçün pulsuz açılıb.

Yunanıstanda iyunun 28-də Afinanın cənubunda başlayan böyük meşə yanğınına qarşı tədbirlər görülüb: 5 bölgə təxliyə edilib və qədim Poseidon məbədi yaxınlığındakı sahil magistral yolunun bir hissəsi bağlanılıb.

Böyük Britaniyada Şərqi Midlands, Cənub-Şərq, Cənub-Qərb, London və Şərqi İngiltərə bölgələri üçün 1 iyula qədər “Kəhrəba rəngli istilik” sağlıq xəbərdarlığı verilib. Yorkşir və Hamber, eləcə də Qərbi Midlands üçünsə “Sarı xəbərdarlıq” qüvvədə qalır. London Yanğın Briqadası davam edən quraq şərait fonunda ciddi meşə yanğınları riski barədə xəbərdarlıq edib.

Chosen
5
8
veteninfo.az

10Sources