AZ

Fransada anomal istilərin səbəbini tapıblar -Kondisioner!

Kondisionerlərin istifadəsi binalardan kənarda havanın əhəmiyyətli dərəcədə istiləşməsi səbəbindən qlobal istiləşmə prosesini pisləşdirir.

“İki sahil” xəbər verir ki,  bu barədə Fransanın “Forbes” nəşri yazıb.

Nəşr yazır ki, Parisdə və ya başqa böyük şəhərdə bütün kondisionerlər eyni vaxtda söndürülsəydi, havanın temperaturu bir anda 2 dərəcə aşağı düşərdi. Fransada Ətraf Mühit və Enerji İdarəetmə Agentliyinin hesablamalarına görə, əhalinin dörddə biri kondisionerlərdən istifadə edir, halbuki 2014-cü ildə bu pay 14% təşkil edib. Forbes yazır ki, 2050-ci ilə qədər bütün dünyada kondisionerlərin sayı 5,5 milyarda qədər arta bilər.

Məqalədə ABŞ və Avstraliyada kondisionerləri yalnız həddindən artıq istilər zamanı işə salmaq və qalan vaxtlarda ventilyatorlardan istifadə etmək kimi ümumi təcrübə təsvir edilir. Bu, nəinki enerji xərclərini və ətraf mühitə zərəri azaldır, həm də elektrik enerjisi xərclərini azaldır. Gündə təxminən 4 saat kondisionerlərdən istifadə hesabı ayda orta hesabla 15% artırır.

Bu gün Avropada anomal istilərin pik həddə çatacağı gözlənilir. İspaniya, Portuqaliya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniyada hava ilə bağlı xəbərdarlıq edilib. Portuqaliya yeddi rayonda +43°C-də "qırmızı" səviyyə elan edib. Fransada bu gün +41°C-yə qədər isti gözlənilir.

Seçilən
3
21
ikisahil.az

10Mənbələr