Qərb Ukraynaya dəstək vermək və münaqişənin gedişatını dəyişmək üçün Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini müsadirə etməlidir.
Publika.az "The Foreign Affairs"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Baydenin xüsusi köməkçisi Maykl Karpenter bildirib.
“Rusiyanın hərbi iqtisadiyyatını cilovlamaq üçün hərbi yardımın əhəmiyyətli artımını daha sərt iqtisadi tədbirlərlə birləşdirərək Qərb strategiyasında əsaslı dəyişiklik etmək lazımdır”, - deyə siyasətçi bildirib.
Karpenter ABŞ prezidenti Donald Tramp administrasiyasının iddia edilən hərəkətsizliyinə də işarə edib. Onun fikrincə, o, Ukraynanı dəstəkləmək üçün Konqres tərəfindən artıq təsdiqlənmiş vəsaitdən istifadə etmir.