AZ

ABŞ prezidenti nüvə razılaşması iddialarını inkar edib

BAKI, TurkicWorld

İranla 30 milyard dollarlıq nüvə sazişi xəbərləri uydurmadır.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana 30 milyard dollar dəyərində mülki nüvə dəstəyi veriləcəyi ilə bağlı iddiaları “əsassız və yalan” adlandırıb.

O, bu xəbərlərə “Truth Social” platformasında sərt reaksiya verib.

Tramp paylaşımında deyib: “Hansı saxta xəbər mediası deyə bilər ki, guya prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir? Bu, tamamilə uydurmadır”.

Qeyd edək ki, NBC News-un iddiasına görə, Tramp administrasiyası İranın uran zənginləşdirmə fəaliyyətini dayandırması müqabilində iqtisadi təşviqlər təklif etməyi nəzərdən keçirib. İddialar arasında Tehrana texniki dəstəyin verilməsi, dondurulmuş aktivlərin azad olunması və ümumilikdə 30 milyard dollarlıq iqtisadi imkanların yaradılması məsələləri də yer alırdı.

Tramp bu cür xəbərlərin seçki ərəfəsində ictimai rəyə təsir göstərmək məqsədi daşıdığını bildirib və media qurumlarını dezinformasiya yaymaqda ittiham edib.

Seçilən
32
50
turkic.world

10Mənbələr