AZ

Ukraynanın müdafiə sənayesi şirkətləri Danimarkada istehsal müəssisələri açacaq

Danimarkanın sənaye, biznes və maliyyə işləri naziri Morten Bodskov və Ukraynanın strateji sənayelər naziri Herman Smetanin iki ölkə arasında müdafiə istehsalı sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı sənəd imzalayıblar.

“Poliqon”un xəbər verir ki, bu barədə Danimarkanın Sənaye, Biznes və Maliyyə İşləri Nazirliyi məlumat yayıb.

Məlumatda bildirildiyinə görə, bu saziş Danimarka ərazisində Ukrayna müdafiə sənayesinə məxsus istehsalat müəssisələrinin yaradılmasına yol açır.

Qeyd edilib ki, tərəflər Ukrayna müdafiə sənayesi şirkətlərinin Danimarkada müəssələr qurmasına dəstək vermək üçün birgə işləyəcəklər.

Bundan əlavə, iki ölkə əməkdaşlıq üçün maneələri aradan qaldıracaq və müxtəlif təşəbbüs və layihələr vasitəsilə bölüşülən texnologiyaların sui-istifadə hallarından qorunmasını təmin edəcəklər.

Seçilən
9
8
poliqon.az

10Mənbələr